Azərbaycanda ov mövsümü başladı

Azərbaycan ərazisində 2014-2015-ci illər üçün ov mövsümü açıq elan edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, ov mövsümündə vəhşi heyvanların ovlanması müddətləri və normaları müəyyən olunub. Normalara əsasən, 31 may - 18 oktyabr, 3 nəfərdən az olmayan qrup ovçular yalnız 1 baş təkə ovlaya bilərlər. Qaban, yəni çöl donuzunu ovlamaq istəyənlərə 20 sentyabr - 20 dekabra kimi möhlət verilir. Dovşan ovlamaq həvəskarında olan şəxslər isə 15 noyabr 2014-cü il - 9 yanvar 2015-ci il tarixlərində ova gedə bilərlər.  11 oktyabrdan - 21 fevral 2015-ci il tarixlərində ovçulara 2 baş bataqlıq qunduzu ovlamaq icazəsi verilir. Çaqqal və yenotun sayının tənzimlənməsi məqsədilə isə onların ilboyu ovlanmasına icazə verilir.

Birdəfəlik ov icazəsinin qiyməti 2 manat 20 qəpikdən 24 manat 75 qəpiyə qədərdir.
Ov üçün icazə Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrindən alınmalıdır. Ağdam, Xanlar, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafındakı 1 kilometrə qədər sahələrdə ov ediməsi qadağandır.

 

Müəllif | Apa.Tv