Allahşükür Paşazadə: "Suriyada hər iki tərəfdəkilər Allahu-Əkbər deyir..."

“Qardaşın qardaş qanı tökməsi haramdır. Məsələn, Suriyada hər iki tərəfdən döyüşənlər müsəlmanlardır, hər iki tərəfdəkilər Allahu-Əkbər deyir".

APA TV-nin xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şyexülislam Allahşükür Paşazadə deyib. Şeyx deyib ki, bu durum məqsədli şəkildə yaradılır.  "Bu vəziyyəti yaradanlar kimlərdir?! Dünyada dinlər, dövlətlər, xüsusən müsəlmanlar arasında münaqişə yaradaraq onları zəiflədib, bu ölkələrin, xalqların sərvətlərinə yiyələnmək istəyirlər" deyən Allahşükür Paşazadə bəzi dövlətlərin, müsəlman xalqların bunu dərk etmədiyini söyləyib: "İslamda bir qardaşın qanı digər qardaşa halal deyil. Dünyanın hansı yerində olur-olsun, müsəlman deyilən şəxsi öldürmək kafirlikdir. Bu məsələ o şəxsləri qane edir ki, o şəxslər müsəlman qanına susayıblar. Xüsusən, Qərb dövlətləri özləri birbaşa iştirak etməsə də, onların vasitəçiləri bu prosesdə iştirak edir, müsəlmanları bir-birinə qarşı qoymağa çalışır”.

 

QMİ sədri deyib ki, İslamofobiya və müsəlmanlar arasında parçalanma yaratmaq cəhdləri var və bu, göz qabağındadır.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı