Bakıda sərnişin avtobusu maşınları əzdi

Bakıda sərnişin avtobusu dörd avtomobilə toqquşub. Yasamal Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, yol qəzası Nərimanov prospektində qeydə alınıb.

 

83 saylı xətt marşrutu üzrə hərəkət edən 90-MO-168 dövlət nömrə nişanlı, “Daewoo” markalı sərnişin avtobusu idarə etməni itirərək yol kənarında dayanan üç “Mercedes” və 19-BB-694 dövlət nömrə nişanlı “QAZ-24” markalı avtomobillərə çırpılıb.

 

Qəzada xəsarət alan olmayıb. 

Müəllif | Apa.Tv
Apa.tv