750 yaşlı ağac aşdı; onlarla baş daşı dağıldı

Lənkəranın dağ  kəndlərinin birindəki qəbirsanlıqda 750  yaşlı nil  ağacının bir budağının qırılıması nəticəsində onlarla baş daşı yararsız hala düşüb. Yerli sakinlərin APA TV-nin Cənub bürosuna verdikləri məlumata görə, ağacın haçansa aşacağı barədə dəfələrlə aidiyyatı orqanlar qarşısında məsələ qaldırılsa da, buna əhəmiyyət verən olmayıb. Hadisə Gəgiran kəndindəki qəbirsanlıqda qeydə alınıb. 750 yaşlı hündürboylu  nil ağacının bir budağı qırılaraq qəbir daşlarının üstünə düşüb. Nəticədə onlarla baş daşına ziyan dəyib, kəndin aşağı hissəsinə gedən yol isə bağlanıb.   

Kənd ərazi icra nümayəndəsinin müavini Namiq Rəhimov sözlərinə görə, mövcud vəziyyət barədə həqiqətən də onlara kənd sakinləri tərəfindən müraciətlər olunub. İcra nümayəndəliyinin əməkdaşları isə öz növbələrində ağacın şəkillərini çəkib müvafiq tədbir görülməsindən ötrü onları aidiyyatı orqanlara göndəriblər.

İcra nümayəndəsi sakinləri əmin edib ki, lazımi tədbirlər görüləcək və dağılan baş daşları mütləq bərpa olunacaq.

 

Müəllif | Apa.Tv