Polşa XİN rəhbəri: ““Nə qədər ki, Putin hakimiyyətdədir...”
“Nə qədər ki, Putin hakimiyyətdədir, Rusiya Krımı Ukraynaya qaytarmayacaq”. APA TV-nin məlumatına görə, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.
Polşalı nazir etiraf edib ki, Avropa Birliyi Putinin Krımın ilhaqı məsələsində hərəkətlərinə kifayət qədər adekvat reaksiya bildirməyib. Bunu o, Avropa toplumunda qərarların qəbulu sistemi ilə əlaqələndirib.
“Təəssüf ki, belə problemimiz var. Mümkündür ki, qərarların qəbulunda ləng prosedurlar səbəbindən hər mərhələdə minimum tələb olunandan az iş görürük” – deyə o vurğulayıb.
Nazirin qənaətincə, Ukraynadakı hadisələr səbəbindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalarda, Avropa Birliyi yox, ABŞ həlledici rol oynayıb.