Nursultan Nazarbayevin kürəkəni Vyanada həbs olundu

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin insan oğurluğunda ittiham olunan keçmiş kürəkəni Rahat Əliyev Vyanada həbs olunub.

“RİA Novosti”nin verdiyi xəbərə görə, onun həbsi üçün order mayın 19-da verilib. Rahat Əliyevin nümayəndəsi Manfred Aynedter Avstriya mətbuatına bildirib ki, keçmiş diplomat hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyə qərar verərək özü, könüllü olaraq, polisə təslim olub. 

 

Qeyd edək ki, Rahat Əliyev 2008-ci ildə vətənində hakimiyyəti ələ keçirməkdə və insan oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar qrupu yaratmaqda ittiham olunaraq 40 il qiyabi həbs cəzasına məhkum edilib.  2011-ci ilin iyununda Vyana məhkəməsi R.Əliyevi ekstradisiya etməkdən imtina edib.

 

Qazaxıstan Prokurorluğu həmçinin Rahat Əliyevin 2006-cı ildə müxalifətçi Altınbek Sarsenbaevin qətli ilə əlaqəli olduğunu güman edir.    

 

Müəllif | Apa.Tv
Apa.tv