Azərbaycanlılardan ibarət təhlükəli quldur dəstəsi yaxalandı! Moskva polisinin XÜSUSİ ƏMƏLIYYATI

Rusiya paytaxtında 6 nəfərdən ibarət quldur dəstəsi yaxalanıb. APA TV-nin məlumatına görə, dəstə üzvlərinin hamısı Azərbaycan vətəndaşlarıdır. Onlar Moskvada vətəndaşlara və firma ofislərinə basqın etməkdə ittiham olunurlar. Polis bir müddətdir ki, onları ələ keçirmək üçün əməliyyat hazırlayırmış. Bu səbəbdən də cinayətkar dəstə "iş başında" ələ keçib. Onlar şəhərin Andropov prospektində mebel mağazasına silahlı basqın ediblər. Bu anda isə əməliyyatçılar onları zərərsizləşdirib və tərksilah ediblər. Bu ana qədər isə quldurlar satıcıların əl-qolunu bağlayaraq seyfi aparmaq istəyiblər. Əməliyyatçılar və xüsusi təyinatlıların cinayətkarları silah işlətmədən yaxaladıqları bildirilir. Hazırda saxlanılanların istintaqı aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv