İş axtaran vətəndaşlar işlə təmin edilirmi?

Bakıda iş axtaran vətəndaşlar üçün yarmarka təşkil edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu dəfə 49 müəssisə üzrə 392 boş iş yerini işsiz və işaxtaran vətəndaşlara təqdim edib. APA TV-nin xəbərinə görə, paytaxtın Binəqədi, Nəsimi və Nərimanov rayonlarını əhatə edən yarmarkada  məşğulluq mərkəzləri tərəfindən müəssisələrdən toplanmış boş iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif olunub.

Dövlət Məşğulluq Xidmətinin  rəis müavini  Nazim Əliyev bildirib ki, yarmarkada müxtəlif sektordan olan vakansiyalar təqdim edilir. Burda turizm sektoru, otelçilik, istehsalat sektoru, bankçılıq, tikinti-inşaat sektoruvar. Eyni zamanda fəhlə peşəsinə də vakansiya var.

Bu il sayca 7-ci olan yarmarkada boş iş yeri təqdim edən müəssisələrin nümayəndələri də iştirak edib, işsiz və işaxtaran vətəndaşla onların birbaşa əlaqəsi təmin olunub.

"Aktivlik yaxşıdır pis deyil. Vətəndaşlar gəlib müraciət edir. Biz də CV-lərinə baxırıq, təlimə çağırırıq, işə götürürük".

Yarmarkada vətəndaşlara elektron lövhələrdə istədikləri rayonda vakansiyalara baxmaq imkanı yaradılıb.

"İşdir də, işin yaxşısı pisi olmur. Qardaş dedi ki, fəhləlikdən başlayıb yuxarı da qalxmaq olur. indi mən də CV vermişəm, görək nə olur".

"Ali təhsilliyəm, mühəndisəm. Artıq CV-ni verdim, əmək haqqı da qane etdi. Artıq işə təklif almışam". 

Yarmarka zamanı əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmək məqsədilə peşə hazırlığı kurslarına cəlb olunmaq, habelə müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlərin qeydiyyatı da aparılıb. 

Müəllif | Apa.Tv