Ermənistanın müdafiə naziri Anjey Kaspşikə müraciət etdi: "Gərginliyi azaldın!"
Ermənistanın müdafiə naziri ATƏT nümayəndəsini təmas xəttindəki gərginliyin azaldılması üçün səylər göstərməyə çağırıb. Seyran Ohanyan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşiklə görüşüb. APA-nın xəbərinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Seyran Ohanyan avropalı diplomatı səlahiyyətləri çərçivəsində qoşunların təmas xəttində gərginliyin azaldılması üçün addımlar atmağa çağırıb. Öz növbəsində Anjey Kaspşik yaranmış vəziyyətlə əlaqədar öz narahatlığını ifadə edib və lazımi tədbirlərin görüləcəyini vəd edib.