Bakıda yanacaqdoldurma məntəqəsində avtomobil yanıb

Paytaxtda yanacaqdoldurma məntəqəsində avtomobil yanıb. APA TV-nin xəbərinə görə, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “ABU” yanacaqdoldurma məntəqəsində dayanan "VAZ-2106” markalı avtomobil qəflətən baş verən yanğın nəticəsində yararsız vəziyyətə düşüb.

 

"ABU petrol"un direktoru Eldar İbadullayev  bunları deyib: "Burda benzin doldururdu, qəflətən avtomobil alışmağa başladı. Bütün səylərimiz nəticəsində avtomobili buradan uzaqlaşdıra bildik".

 

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və yanacaqdoldurma məntəqəsinə keçməsinin qarşısı alınıb: "Xəsarət alan olmayıb, yanacaqdoldurma məntəqəsinə isə ziyan dəyib. Hazırda yanacaqdoldurma məntəqəsi fəaliyyətini bərpa edib".

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv