Sərnişin gediş haqqını istəyən sürücünü bıçaqladı

Cəlilabadda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhərinin  Heydər Əliyev prospektində qeydə alınıb. Cəlilabad rayon sakini, 24 yaşlı Emin Cəfərov müştəri qismində avtomobilə əyləşmiş rayon sakinini dediyi ünvana aparırmış. Lakin müştəri deyilən ünvana çatmamış sürücünü  geri qaytararaq ondan avtomobili digər istiqamətdə sürməyi tələb edib. Bu zaman avtomobilin yanacağı bitib. Sürücü Emin Cəfərov yanacaq almaq üçün  sərnişindən yolhaqqını  tələb etdikdə onlar arasında mübahisə yaranıb. Bu zaman  "Qara " ləqəbli  sərnişin sürücüyə yaxınlaşaraq üzərindəki bıçaqla  ona bir neçə zərbə endirərək aradan çıxıb. Zərərçəkmiş Emin Cəfərov isə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində  araşdırma aparılr, cinayət hadisəsini törətmiş şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

 

Müəllif | Apa.Tv