Qubada narkotik plantasiyası aşkarlandı
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində təxminən 2 sotdan artıq sahəni əhatə edən narkotik plantasiyası aşkar edilib. Məlum olub ki, həmin sahə Qubanın Barlı kənd sakini 55 yaşlı Mirişov Fərman Sədulla oğluna məxsusdur.
Saxlanılan şəxs şəxs xüsusi aqrotexniki üsulla yetişdirdikləri narkotik vasitəni şəxsi istifadəsi üçün əkdiyini deyib: "Şəkər xəstəsiyəm. Çətənə şəkərin dərmanıdır".
Onun çətənə kollarını hansı məqsədlə əkdiyini isə Quba rayon polis şöbəsi araşdırır.
Qeyd edək ki, həyata keçirilən əməliyyat nəticəsində 125 ədəd çətənə kolu maddi sübut kimi götürülüb. Faktla bağlı Quba RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.