Bakıda maşın vuran piyada yolda can verdi
Bakının Xətai rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə Gəncə prospekti ilə Sadıqcan küçələrinin kəsişməsində qeydə alınıb. “Mercedes” markalı avtomobil hərəkətdə olarkən yolu keçəmək istəyən piyada - Şəki sakini, 55 yaşlı Yunisov Kənan Kamal oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hadisədən sonra avtomobilin sürücüsü, 57 yaşlı İsgəndərov Saday İsmayıl oğlu Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən istintaqa cəlb edilib.
Piyadanın vurulduğu avtomobil isə cərimə meydançaslna aparılıb.
Faktla bağlı araşdırma aparılır. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırmalar nəticəsində müəyyənləşdiriləcək.