Bakıda güclü yanğın olub
Bakının Səbail rayonunda yanğın olub. APA TV-nin məlumatına görə, hadisə “Şıx” çimərliyi yağınlığında yerləşən istifadəyə yararsız daş karxanaları ərazisində baş verib. Yanğın o qədər güclü olub ki, alovun tüstüsünü əraziyə yaxın hissədən keçən Salyan şossesində quraşdırılan müşahidə kameralarından da görmək mümkün olub.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail və Qaradağ rayon hissələrinin 3 yanğınsöndürən avtomobili və xeyli sayda canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısı vaxtında alınıb.
Məlum olub ki, umumi ərazisi 150 kvadrat metr olan daş karxanasında zibil tullantıları və məişət əşyaları yanıb. Xoşbəxtlikdən hadisə yerinin yaxınlığında fərdi yaşayış evləri olmadığından yanğın zamanı zərərçəkən yoxdur.
Daş karxanasının ərazisinə tullantıların haradan və kimlər tərəfindən gətirildiyi məlum deyil.