Aktyor Rəhman Rəhmanov: "Ayağımda çürümə getdiyi üçün kəsildi"

"Yazıblar ki, aktyor Rəhman Rəhmanov əlil oldu. İnanın, özüm də çox pis oldum. Onlarlarla insan zəng elədi. Çaşdım, qaldım. Əlil olmadığımı dedim. Ayağımda problem var. Bununla bağlı əməliyyat olunmuşam. Əməliyyatdan bir müddət keçdikdən sonra ikinci qrup əlil statusu almışam. Sağ olsun, dövlətimiz ki, bizim qayğımıza qalır".

 

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aktyoru, əməkdar artist Rəhman Rəhmanov APA TV-yə deyib ki, uzun illərdir, şəkər xəstəliyindən əziyyət çəkir. Bundan əlavə, aktyor ayağında aşkarlanan "Tropik xora" xəstəliyındən əməliyyat olunub. Şəkər xəstəsi olduğu üçün də əməliyyat ağır keçib. Amma nəticəsi uğurlu olub: "Ayaqlarım yaxşı işləmirdi. Hətta bir ara hərəkətsiz qaldım. Gördüm ki, ayağımda açıq-ağır yaralar var. Cərrahlarla məsləhətləşdim, dedilər ki, ayağın kəsilməlidir. Çünki ayaqlarınma çürümə gedir. Damarımda cərrahiyə əməliyyatı aparıldıqdan sonra teatra gəlirəm, tamaşalarda oynayıram".

 

Aktyor hətta xəstəlikdən sonra evdə olduğu müddətdə belə teatrdan ayrı qalmadığını bildirib. Onun sözlərinə görə, hazırda səhhəti normaldır.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı