Azərbaycanda 5,4 bal gücündə zəlzələ

Bu gün səhər saatlarında Azərbaycanda zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, yeraltı təkanlar yerli vaxtla 11:05 dəqiqədə Xəzər dənizində zəlzələ qeydə alınıb. APA TV-nin məlumatına görə, yeraltı təkanın maqnitudası 5,4 bal, dərinliyi 84 kilometr olub. Zəlzələ hiss olunub. Bundan əvvəl də bu gün saat 03:18 dəqiqədə Xəzərdə hiss olunmayan zəlzələ qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3,1 bal, dərinliyi 45 kilometr olub.

 

Müəllif | Apa.Tv