Rusiya tərəfdarları Ukraynanın kəşfiyyat təyyarəsini vurdu
Slavyanskda Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarə vurulub. Bu barədə hadisənin şahidləri məlumat veriblər. APA TV-nin məlumatına görə, ekipaj xilas ola bilib. Təyyarənin arxa hissəsinin alışdığını görən pilot istiqamətini dəyişib şəhərə tərəf düşməkdə olan təyyarəni meşəliyə sala bilib. Nəticədə təyyarə yerə düşərək bir necə hissəyə bölünüb. Təyyarənin xüsusi kəşfiyyat əməliyyatı apardığı məlum olub. Qeyd edək ki, mayın 3-də və 29-da Slavyanskda separatçılar tərəfindən 2 hərbi helikopter vurulub. Nəticədə DİN-nin 12 xüsusi təyinatlısı həlak olub.