Toyda bıçaqlanma: 33 il həbsdə yatan kişi biri qadın olmaqla 2 nəfəri xəstəxanalıq etdi
Balakəndə toy məclisi iki nəfərin bıçaqlanması ilə başa çatıb. APA TV-nin məlumatına görə, hadisə ötən gün rayonun Qazma kəndində Rafiq adlı şəxsin oğlunun toy məclisində baş verib. Kənd sakini, 1978-ci il təvəllüdlü Bayram Muxtar oğlu Vəliyev 52 yaşlı Həsən Vahid oğlu Mirəliyev və daha bir neçə şəxsin arasında oynamaq üstündə mübahisə yaranıb. Bundan sonra içkili vəziyyətdə olan Həsən Mirəliyev məclisdən çıxıb, evindən bıçaq götürərək geri qayıdıb. O, mübahisə etdiyi Bayram Vəliyevin döş qəfəsinə bıçaqla xəsarət yetirib. Bundan sonra Həsən Mirəliyev Bayram Vəliyevin bacanağının anası, 1953-cü il təvəllüdlü Mahizar Abduləziz qızı Quliyevanın qarın boşluğundan daxilə nüfuz edən bıçaq zərbəsi vurub. Bayram Vəliyev və Mahizar Quliyeva Balakən rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdiriliblər.
Məlumatda bildirilir ki, hadisəni törədən Həsən Mirəliyev isə ömrünün 33 ilini məhkumluq həyatı yaşayıb. Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tıdbirləri nəticəsində o, saxlanılıb.