Qubada iki maşın toqquşub, xəsarət alanlar var

Quba rayonu ərazisində  yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun Qaraçay üzərindən keçən hissəsində qeydə alınıb. “KamAZ” markalı” 38 BE 335” dövlət nömrə nişanlı yük maşını ilə “10 TO 361” nömrəli  “VAZ 21 08” avtomobili toqquşub. 

 

Qəza nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yeləşdirilib. Onlar Quba rayonu İkinci Nügədi kənd sakini 1998-ci il təvəllüdlü Əliyev Anar Tərlan oğlu və Birinci Nügədi kənd sakini 1983-cü il təvəllüdlü Osmanov Tehran Əmrullah oğludur. Hər iki şəxsə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv