Ermənilər işğal etdikləri Azərbaycan ərazilərinə od vurdu

Ermənistan Silahlı Qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarında yanğınlar törədib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, erməni hərbçiləri qoşunların təmas xəttinin Ağdam rayonu istiqamətində işğal altındakl Baş Qərvənd kəndinin ərazisinə od vurublar. Qısa müddət ərzində genişlənən yanğın neytral əraziyə yayılıb. Sözügedən istiqamətdə bir neçə mina partlayışı da müşahidə olunub. Yerli sakinlər və aidiyyatlı qurumlar yanğının təmas xəttinin yaşayış olan hissəsinə keçməməsi üçün  hazır vəziyyətdə gözləmə mövqeyi tutub. 

 

Xatırladaq ki, cəbhəyanı ərazilərdə biçilməmiş vəziyyətdə xeyli miqdarda arpa və buğda zəmiləri var.

Müəllif | Apa.Tv