Bağdadda 60 nəfər partlayışların qurbanı olub
İraqın paytaxtı Bağdadda və ətraf rayonlarda törədilmiş silsilə partlayışlar nəticəsində 60 nəfər ölüb. APA TV-nin məlumatına görə, birinci partlayış Bağdadın qərbində baş verib, nəticədə 9 nəfər ölüb, 22 nəfər yaralanıb. Birinci partlayışdan sonra bir saat ərzində ardıcıl olaraq Bağdadın müxtəlif rayonlarında 6 avtomobil partladılıb. Törədilmiş 7 partlayış nəticəsində ümumilikdə, 60 nəfər həlak olub. Hələlik heç bir qruplaşma partlayışlara görə məsuliyyəti öz üzərinə götürməyib.