Ukraynanın şərqində döyüşlər: ölənlər və yaralılar var

Ukraynanın şərqində gərginlik davam edir.

 

Donetsk vilayətinin Artyomovsk rayon mərkəzində ordu qüvvələri və silahlı separatçılar arasında döyüş olub, ölən və yaralananların olduğu bildirilir.

 

APA-nın verdiyi xəbərə görə, ilkin məlumata görə, hər iki tərəfdən 3 nəfər ölüb, 1 nəfər ağır yaralanıb. Artyomovsk - Donetsk vilayətində yerləşən rayon mərkəzidir. Donetsk şəhərindən 65 kilometr şimal-şərqdə yerləşir.

Müəllif | Apa.Tv
Apa.tv