Hidistanda toy faciəsi! Qatar toy karvanındakı maşını vurdu - 11 ölü

Hindistanın Bixar ştatında dəmiryolu keçidində yük qatarı toy məclisindən qayıdan sərnişinlərlə dolu avtomobillə toqquşub, nəticədə 11 nəfər ölüb.

 

APA-nın verdiyi xəbərə görə, insident gecə saatlarında Bettiya şəhəri yaxınlığında tənzimlənməyən dəmiryolu keçidində baş verib.

 

Qəza nəticəsində 4 nəfər hadisə yerində ölüb, daha 7 nəfər isə aldıqları ağır xəsarətlərdən xəstəxanada keçiniblər. Ölənlər arasında 4 uşağın olduğu bildirilir, bəy də daxil olmaqla daha 3 nəfər ağır xəsarət alıb. Məlumata görə, avtomobildə 14 nəfər olub. 

Müəllif | Apa.Tv
Apa.tv