Azərbaycan türkiyəli biznesmeni beynəlxalq axtarışa verdi

Azərbaycan daha bir türkiyəli iş adamını beynəlxalq axtarışa verib. Türkiyəli iş adamı qanunsuz biznes fəaliyyəti göstərməkdə təqsirləndirilir. APA TV-nin Lent.az-a istinadən verdiyi məlumata görə, Türkiyə vətəndaşı olan 42 yaşlı Burak Bilgili ölkəmizdə qeyri-qanuni biznes fəaliyyəti göstərməkdə təqsirli bilinir. Onun fotosu və anket məlumatları beynəlxalq polis idarəsinin ofisinə göndərilib. Qeyd edək ki, Azərbaycanın hüquq-mühafizə orqanlarının sorğuları əsasında İnterpol vasitəsi ilə 15-dən artıq türkiyəli iş adamı beynəlxalq axtarışa verilib. Onlar əsasən vergidən yayınma və qeyri-qanuni biznes fəaliyyətində təqsirləndirilir.

Müəllif | Apa.Tv
Apa.tv