Hava proqnozu: Temperatur 37 dərəcəyə yüksələcək, çimərliklərdə...

İyunun 9-da Bakıda və Abşeron yarmadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. APA TV-yə verilən məlumata görə, şimal küləyi gecə və səhər arabir nisbətən güclənəcək. Temperatur gecə 16-21, gündüz 28-33 dərəcə isti gözlənilir. Rayonlarda da əsasən gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.  Arabir güclənən qərb küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 17- 22, gündüz 30-35, bəzi yerlərdə 37, dağlarda isə gecə 7-12, gündüz saatlarında 19-24 dərəcə isti gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22 dərəcə Zaqulba, Mərdəkan, Şüvəlan, Buzovnada  22-23 dərəcə, Türkan, Hövsan, Şıx və Sahildə isə 23-24 dərəcə istilik gözlənilir. 

Müəllif | Apa.Tv
Apa.tv