İraqda kürd partiyasının qərargahına hücum: 17 ölü, 65 yaralı
İraqın Diyala əyalətinin Celevla rayonunda Kürdüstan Yurtdsevərlər Birliyi Partiyasının qərargahına və polis mərkəzinə terror hücumu olub. Partiyalışlar nəticəsində 17 nəfər ölüb, 65 adam yaralanıb.
İraq prezidenti Cəlal Tələbaninin rəhbərlik etdiyi Kürdüstan Yurtdsevərlər Birliyi Partiyasının qərargahı və ona bitişik polis mərkəzinə əvvəlcə partlayıcı ilə dolu maşın çırpılıb, ardınca isə terrorçu-intiharçı özünü partladıb.
Şiddətli partlayış nəticəsində hadisə yerinin yaxınlığındakı bir neçə evə də ziyan dəyib, ətrafda avtomobillər yanıb.
Partlayış nəticəsində yaralananlar müxtəlif xəstəxanalara daşınıb. Partlayış çox güclü olduğundan, ölənlərin sayının artacağı istisna olunmur.
İndiyədək partlayışa görə məsuliyyəti üzərinə heç bir qruplaşma götürməyib.
Digər tərəfdən, ordu birliklərinin atdığı və Mosul şəhərinin müxtəlif yerlərinə düşən top mərmiləri 7 mülki şəxsi ölümünə səbəb olub.