Pakistanda hava limanına hücum: ölənlər var

Bir qrup silahlı şəxs Pakistanın Kəraçi şəhərinin hava limanına hücum edib. Onlar bütün uçuşların dayandırılmasını tələb ediblər.

 

Yerli polisin nümayəndəsi bildirib ki, basqınçılar avtomatlar və qumbaralarla silahlanıblar.

 

Mülki aviasiya idarəsinin nümayəndəsi bütün reslər dayandırıldığını deyib.

 

Son məlumata görə, təhlükəsizlik qüvvələri əməkdaşları ilə silahlılar arasında baş verən atışma nəticəsində azı 5 nəfər ölüb. Ölənlərin sayının artacağı istisna olunmur.

 

Qeyd edək ki, Kəraçi ilə Bakı arasında təyyarə əlaqəsi yoxdur. Bakı-Kəraçi-Bakı təyyarə reysi 2006-cı ilin fevralından dayandırılıb.

 

Müəllif | Apa.Tv