Planetin ən yaşlı kişisi öldü

Dünyanın ən yaşlı kişisi - ABŞ vətəndaşı, Rusiya mənşəli 111 yaşlı Aleksandr İmiç dünyasını dəyişib. APA TV-nin məlumatına görə, o, vaxtı ilə ölkənin tanınmış parapsixoloqlarından biri olub. Aleksandr İmiçin adı  bu ilin aprel ayında Ginnesin rekordlar kitabına dünyanın ən yaşlı kişi sakini kimi daxil edilib. Mərhum 1903-cü ildə Rusiya imperiyasının Çenxtoxovo şəhərində doğulub. Hazırda onun dünyaya göz açdığı şəhər Polşa ərazisindədir. Ötən əsrin 50-ci illərinin əvvəlində İmiç ailəsi ilə birlikdə ABŞ-a köçüb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv