Komitə sədri: "Ölkə rəhbərliyi elə bir tələb qoydu ki..."
"Artıq "Halal" sertfikatı olmayan müəssisələrin məhsulları satışda yoxdur". APA TV-nin xəbərinə görə, Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov jurnalistlərə açıqlamasında deyib ki, bu sertfikatı almaq üçün xeyli sayda müəssisə müraciət edib: "Mən əvvəldən də demişdim ki, ət kəsimində Qafqaz Müsəlmanları İdarəsindən nümayəndələr iştirak edəcək. Bizdə artıq donuz ətini, at, quş, mal ətini müəyyən edəcək laboratoriya var. Heç müəssisələr bilmədən biz onların məhsullarını alıb, analiz edirik".
Komitə sədri benzinin keyfiyyəti ilə bağlı gündəlik yoxlamalar keçirildiyini də bildirib: "Təbii ki, ölkə rəhbərliyi idxal edici qurumların qarşısında elə bir tələb qoydu ki, artıq Azərbaycana gələn məhsul hətta "Avro-5" standartına cavab verir".
Komitənin təşkilatçılığı ilə Ümumdünya Akkreditasiya gününə həsr olunan tədbir keçirilib. Tədbirdə akkreditasiya ilə bağlı video-çarx nümayiş olunub, daxili bazarın təhlükə məhsullardan qorunması üçün akkreditasiyanın rolundan danışıb.