“Volqa” beton maneəyə çırpıldı, sürücü öldü

Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonunun Ağaşirinoba kəndi ərazisində qeydə alınıb. Xaçmaz rayon, Şıxlar kənd sakini, 45 yaşlı Samir Məmmədov idarə etdiyi “VAZ 029” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yol kənarındakı beton maneəyə çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb. Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan