TN sektor müdiri: "Bizdə araşdırma jurnalistikasına böyük ehtiyac var"
"Bizdə araşdırma jurnalistikasına böyük ehtiyac var".
APA TV-nin xəbərinə görə, bunu Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov deyib: "Bu məsələ bizdə problemdir".
Cəsarət Valehov jurnalistika fakültəsinə qəbul olan abituriyentlərin qabiliyyət imtahanlarından keçirilməsinə vacib hesab etdiyini deyib.
Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində “Media və təhsil dialoqu: yeni çağırışlar” mövzusunda praktik konfrans başlayıb. Konfrans 2 paneldən ibarətdir. “Təhsildə media təfsilatı” mövzusundakı birinci panel Bakı Dövlət Universitetində keçirilib.
Tədbirə “ APA Holding”, “Azad Azərbaycan” televiziyası və “Azərbaycan müəllimi” qəzeti informasiya dəstəyi verir.