Gəncədə dönərxana yandı
Gəncədə yanğın hadisəsi baş verib. Gəncə Şəhər Yanğından Mühafizə İdarəsindən APA TV-yə verilən məlumata görə, Nəriman Nərimanov prospektində dönərxana kimi istifadə edilən obyektdə qeydə alınıb. Şəhər sakini Emin Abdullayevə məxsus obyektdə baş verən yanğını söndürmək üçün hadisə yerinə 3 yanğınsöndürən avtomobil cəlb edilib. Yanğının binanın yuxarı mərtəbələrinə keçməsinin qarşısı alınıb. Ümumi sahəsi 54 kvadratmetr olan 3 otaqlı obyektin 30 kvadratmetri içərisində olan mətbəx mebeli, 4 ədəd soyuducu, 6 ədəd stol stul və digər əşyalarla birlikdə yanaraq yarasız hala düşüb. İlkin məlumata görə, yanğın kafedə yaranan qaz sızması nəticəsində baş verib.