Elşad İskəndərovun XİN sisteminə bərpa olunması rəsmi şəkildə təsdiqləndi

 

“Elşad İskəndərov Azərbaycan Xarici İşlər Nazirliyi sisteminə bərpa olunub”.

Bu barədə APA-ya Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. O xatırladıb ki, E. İskəndərov əvvəllər Azərbaycan XİN-in əməkdaşı olub: “Hazırda o, XİN-ə bərpa edilib və 6 iyun tarixindən Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun baş katibi vəzifəsinə təyin edilərək, İstanbula ezam olunub”.

 

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Elşad İskəndərov daha əvvəl də Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun baş katibi vəzifəsində çalışıb. 

Müəllif | Apa.Tv
Apa.tv