Göygöldə qasırğa: binaların dam örtükləri dağıldı

Göygöl rayonunda güclü qasırğa olub. RİH-dən APA TV-nin qərb bürosuna verilən məlumata görə, qasırğa dünən axşam saatlarında rayonun Hacıməlikli kəndi ərazisində baş verib. Burulğan formasında olan qasırğa kəndin orta məktəbi, uşaq bağçası və poçt binası olan ərazisini tutaraq tikililərin dam örtüklərini dağıdıb. Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini Rauf Nəsirovun  verdiyi məlumata görə, qasırğa tikililərə təxminən 30 min manat məbləğində ziyan vurub. Hazırda qasırğanın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli