Bakıda doğuş zamanı daha bir ANA ÖLÜMÜ - YENİLƏNİB
Azərbaycanda doğuş zamanı daha bir ölüm faktı qeydə alınıb. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə iyunun 7-də qeydə alınıb. Abşeron rayon sakini Günay Əliyeva Binəqədi rayonu ərazisindəki Məlikov adına Şəhər Klinik Xəstəxanasında doğuş zamanı ölüb, körpə isə sağ qalıb.
Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya deyib ki, ölümün doğuşla bağlı olmadığı təxmin edilir. Onun sözlərinə görə, hadisənin baş verməsinə ürəklə bağlı problem səbə olub. O əlavə edib ki, Günay Əliyevanın ölüm səbəbini tam bilmək üçün ekspertizanın rəyini gözləmək lazımdır: “Hazırda ekspertiza gedir. Ekspertizanın nəticələrindən sonra səbəb məlum olacaq”.
Qeyd edək ki, Günay Əliyevanın 27 yaşı olub.