Azərbaycan ordusunun zabiti dünyasını dəyişib

Sabirabad rayonunda bədbəxt hadisə baş verib Daxili İşlər Nazirliyi (DİN) Sabirabadda bədbəxt hadisə nəticəsində ölən Sərhəd Xidmətinin zabiti haqqında məlumat yayıb. APA TV-nin verdiyi məlumata görə, iyunun 8-də Sabirabad rayonu Sərxanbəyli kəndinin ərazisində Bakı şəhər sakini Bəxtiyar Sevdimalıyev balıq ovlayarkən Mil-Muğan kollektoruna yıxılıb və suda boğulub. Onun meyitinin sudan çıxarılması üçün tədbirlər görülür. Hadisə Sabirabad rayonunun Qaragüney kəndində qeydə alınıb.

 

Dövlət Sərhəd Xidmətindən (DSX) APA TV-yə faktı təsdiqləyiblər. Bildirilib ki, zabitin axtarışları davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv