Azərbaycana haker hücumu edən ölkələrin adı açıqlandı

"Azərbaycana haker hücumları hər gün olur. Lakin, bunun qarşısı yüksək səviyyədə alınır". Bu barədə  APA Tv-nin "Sosium" verilişində Rabitə və  Yüksək Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib: "Coğrafiyasına baxanda qəribə səslənsə də,  Amerika, Çin, Rusiyanı qeyd etmək olar. Bu ölkələrin internet ünvanlarından hücum olur. İnternet ünvanı hansısa ölkəyə aid olması həmin ölkə tərəfindən olması demək deyil. Hansısa bir şəxs bir məntəqədə olmaqla başqa ölkədən hücum edə bilər.Bu, o deməkdir ki, onlarda internetin istifadəsi yüksək səviyyədədir".

 

Nazir müavini bildirib ki, Xüsusi Dövlət Mühafizəsi yanında agentlik yaradılıb ki, bu agentlik dövlət qurumlarının saytının mühafizəsi ilə məşğuldur. Eyni zamanda Rabitə və Yüksək Texnologiyaları Nazirliyində də bu xidmət var. Həmin xidmət daha çox ictimai saytlar, biznes qurumların, informasiya saytlarda boşluqların aşkarı, u problemlərin aradan qaldırılmasına dəstək olur. 

Müəllif | Apa.Tv