Nazir müavini: "Peykin orbitə çıxarılması çox məsrəf tələb edir..."
"Azərbaycan ikinci peykini 2017-ci ildə orbitə buraxacaq".
Bunu APA TV-də yayımlanan "Sosium" verilişində Rabitə və Yüksək Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib. Nazir müavini bildirib ki, hazırda tendərə qədər qədər olan texniki tapşırıqlar hazırlanır: "Plan odur ki, 2017-ci ilə növbəti peyk çıxarılsın. İstehsalçı şirkətlər tender əsasında seçiləcək".
Nazir müavini bildirib ki, peykin orbitə çıxarılması çox məsrəf tələb etsə də, sərf olunan vəsaitlərin geri qaytarılması çox zaman aparmır. Həmin məbləğin geri qaytarılması üçün 5-7 il nəzərdə tutulub: "Keçən ilin statistikası göstərdi ki, gəlir 5 milyon ətrafında idi. İndiki gəlir 10 milyon ətrafındadır. Göstərilən xidmətlərin sayı artdıqca bu xidmətlər öz gəlirlərini verir. Hazırda işlər gedir".
Elmar Vəlizadə bildirib ki, peyk Azərbaycan üçün ilk olduğu üçün müştəriləri cəlb etmək asan olmayıb. Buna baxmayaraq, bizim peykə maraq yüksəkdir.