Güclü külək Zərdabı işıqsız qoyub

Güclü külək Zərdabda ciddi fəsadlar törədib. APA TV-nin məlumatına görə, rayon ərazisində əsən qısa müddətli külək İsaqbağı, Böyük Dəkkə, Qaravəlli və digər ərazilərdə yaşayış və yardımçı binaların dam örtüyünü uçurub, fərdi təsərrüfatlara ciddi ziyan vurub. 15-ə yaxın yaşayış məntəqəsində elektrik verilişində fasilələr yaranıb.

Rayon icra hakimiyyətində fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyasının üzvləri hadisə yerinə baş çəkiblər.

 

Elektrik verilişinin bərpası istiqamətində müəyyən işlər görülüb və yaşayış məntəqələrinin əksəriyyətində elektrik verilişi bərpa olunub.

 

Müəllif | Apa.Tv
Zahid Abışov