Nəsimi rayonunda 1600 kva-lıq transformator yanıb
Bakının Nəsimi rayonunda yanğın hadisəsi baş verib. APA-nın məlumatına görə, Bəşir Səfəroğlu küçəsindəki 1600 kva-lıq transformatorda baş verən yanğınla bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin Nəsimi Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın qısa zamanda söndürülüb, alovun digər sahələrə keçməsinin qarşısı alınıb.
Hadisə yerinə "Bakıelektrikşəbəkə" ASC-nin məsul işçiləri də gəliblər. Qəza xidmətinin əməkdaşlarının apardıqları araşdırmalar nəticəsində məlum olub ki, yanğın həddindən artıq yüklənmə səbəbindən baş verib.
Faktla bağlı araşdırma aparılır.