Bakının Yasamal rayonunda sərxoş sürücü qəza törədib
Bakının Yasamal rayonunda qəza baş verib. APA TV-nin məlumatına görə, qəzada "Howo" markalı yük maşını ilə "Mitsubishi Pajero"
toqquşub. Hadisə Yasamal rayonu Akim Abbasov küçəsində qeydə alınıb. "Mitsubishi Pajero"nu sərxoş halda idarə edən sürücü maşınını qarşısında hərəkətdə olan "Howo"ya çırpıb. Zərbənin təsirindən "Mitsubishi Pajero" yararsız hala düşüb. Baş verən qəzada xəsarət alan olmasa da sərxoş sürücü hadisə yerindən qaçıb.
Hadisə yerinə Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsinin əməkdaşları gəliblər. Hər iki avtomobil cərimə meydançasına aparılıb. Faktla bağlı araşdırma aparılır.