Sərxoş sürücü maşını hasara çırpdı

Gecə saatlarında paytaxtın Xətai rayonu Nobel prospektində yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə,  taksi kimi fəaliyyət göstərən "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək hasara çırpılıb. Sürücü ərazidə olan sakinlərin köməyi  ilə aşmış avtomobilin içərisindən çıxarılıb. Nəticədə o başından xəsarət alıb. Hadisə yerində araşdırma aparan polis əməkdaşlarının verdiyi məlumata görə, sürücü sərxoş olub.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv