Ukrayna Rusiyaya olan qaz borcunu bu gün ödəməlidir

Rusiya Federasiyası Ukraynanın təbii qaza görə olan borcunu qaytarmasını tələb edir. Bunu Rusiyanın energetika naziri Aleksandr Novak bildirib. Onun sözlərinə görə, rəsmi Kiyev ötən ilin noyabr-dekabr ayı üçün 1 mlrd 451 mln dollar və aprel-may ayları üçün yaranan 500 mln dollar borcu iyun ayının 10-u qaytarmalıdır. 

 

Rusiyalı nazir deyib ki, tərəflər arasında mövcud razılaşmalara sadiqdir və böhrandan çıxış yolu üçün öz konstruktiv təklifini paket formasında Ukraynaya təqdim edə bilər. O qeyd edib ki, Rusiya, Ukrayna və Avropa Birliyi arasında qaz danışıqlarının beşinci raundu nəticəsiz başa çatsa da, rəsmi Moskva danışıqları davam etdirməyə hazırdır.

 

Rəsmi Kiyev Rusiyaya təbii qaza görə yaranan borcu ödəməyə hazırdır. Ukraynanın energetika naziri Yuriy Prodan deyib ki,  Rusiya Ukraynanın irəli sürdüyü qiymətlə razılaşandan sonra borc qaytarılacaq.

 

Rusiya Ukrayna üçün təbii qazın qiymətini artırıb. Bu ilini II rübdən etibarən Ukraynaya 1000 kubmetr qazın qiyməti 268,5 dollardan 385,5 dollaradək yüksəlib.

Müəllif | Apa.Tv
Apa.tv