Bakı sakinindən "Kalaşnikov" və 205 patron götürülüb

Yasamal polisi  39 yaşlı Bakı şəhər sakini Fərman Bayramovu yaxalayıb. Onun yaşadığı  Tağıyev küçəsindəki ünvandan AKM  markalı silah aşkar edilib. APA TV-nin məlumatına görə, bundan başqa mənzildən  205 ədəd patron da aşkarlanıb. Saxlanılan şəxs deyib ki, o, silahı patronları ilə birlikdə tapıb. Qeyd  edək ki, Fərman Bayaramov  dələduzluq etdiyinə görə əvvəllər də  məhkum edilib. Aşkar olunan silah sənədləşdirildikdən sonra kriminalistika şöbəsinə təqdim olunacaq. Faktla bağlı araşdırma aparılır.  

Müəllif | Apa.Tv