Teleaparıcı İlham Mirzəyevin həbs müddəti uzadıldı
Həbsdə olan teleaparıcı İlham Mirzəyevin həbs müddəti uzadılıb.
APA-nın məlumatına görə, bununla bağlı istintaq orqanının vəsatəti əsasında Nərimanov Rayon Məhkəməsi qərar verib. Qeyd edək ki, İlham Mirzəyev aprelin 11-də saxlanılıb. Onun əməlləri ilə əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Teleaparıcının rəhbərlik etdiyi klinikanın fəaliyyətində yol verilən qanunsuzluqlarla əlaqədar saxlanıldığı bildirilir.