Kanalda boğulan DSX zabitinin meyiti sudan belə çıxarıldı - ƏMƏLİYYAT
İki gün əvvəl su kanalında batan zabitin meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, 1990-сı il təvəllüdlü Bəxtiyar Fazil oğlu Sevdimalıyev Mil-Muğan kollektorunun Salyan rayonu, Qızılağac kəndindən keçən hissəsində batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanıb. Bəxtiyar Sevdimalıyevin cəsədi batdığı yerdən təxminən 5000 metr məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb. Əməliyyat bu gün səhər saatlarında başa çatıb. Qeyd edək ki, leytenant Bəxtiyar Sevdimalıyev Dövlət Sərhəd Xidmətinin zabitidir.