Milli Məclisin xüsusi sessiyasının vaxtı açıqlandı

Milli Məclisin növbədənkənar xüsusi sessiyası iyunun 20-də keçiriləcək. Bunu APA TV-yə açıqlamasında parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib. Onun sözlərinə görə, xüsusi sessiyanın ilk plenar iclasının gündəliyinə 26 məsələ daxildir. Onların arasında “Banklar haqqında”, “Dövlət sirri haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və İnzibati Xətalar Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, habelə “Yerli bələdiyyə, vergilər və ödənişlər haqqında”, “Şəhərsalma və tikinti Məcəlləsi haqqında” qanunlara əlavə və dəyişikliklər və digər məsələlər var. Plenar iclasda “Beynəlxalq hüquq üzrə Haaqa Konfransının nizamnaməsinin təsdiq edilməsi” ilə bağlı qanun layihəsi və “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası hökuməti arasında Ordubad və Marazat Su Elektrik Stansiyalarının (SES) tikintisi və istismarı haqqında” saziş də təsdiq ediləcək.

Müəllif | Apa.Tv