3 ton çətənə məhv edilib

Qaxda külli miqdarda narkotik tərkibli bitki məhv edilib. Rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində yabanı halda bitmiş çətənə kolları aşkarlanaraq yandırma yolu ilə məhv edilib. APA TV-nin xəbərinə görə, "Xaşxaş-2014" şərti adı altında keçirilən əməliyyat zamanı rayonun Süskənd kənd yaxınlığında meşə zolağının boş istifadə olunmayan 1.5 hektar ərazidə yabanı halda bitmiş 10400 ədəd çətənə kolu yandırılıb: "Tədbirlər zamanı məlum olub ki, yığılaraq məhv olunmuş çətənə bitki kollarının çəkisi 3 ton 150 kq-dır".

 

Qax rayon polis şöbəsindən bildirilib ki, bu istiqamətdə tədbirlər davam etdiriləcək.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov