Qurban Yetirmişli: "Mingəçevir su anbarının altında zəlzələ ocağı var"
“Mingəçevir su anbarında hövzənin altında zəlzələ ocağı yerləşir”. APA-nın xəbərinə görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. “2010-u ildə Kür daşqınları nəticəsində Mingəçevir anbarında su məcrasından çıxan hövzənin qarşısını almaqla suyun axınının səviyyəsini aşağı salmışdılar. Həmin dövrdə seysmiklik artmağa başladı. Çünki həmin hövzənin altında zəlzələ ocağı yerləşir və həmin ərazi seysmogen ərazidir”. Qurban Yetirmişli həmçinin bildirib ki, Mingəçevir su anbarında çoxdan problemlər var. Orada kompleks tədqiqatlar aparmaq lazımdır. Su anbarında monitorinq sistemi qurulmalıdır. Qurban Yetirmişli son vaxtlar Xəzrdə baş verən zəlzələlərdən də danışıb. Qeyd edib ki, Bakıya zəlzələ təhlükəsi də məhz Xəzər dənizindəki zəlzələ ocaqlarından gözlənilir. "Orada həmişə proses gedir və Xəzərdə zəlzələ ocaqları var. Amma Abşeronda zəlzələ ocağı yoxdur. Xəzər dənizi potensial gücə malik zəlzələ ocaqlarından ibarətdir”.