Cəlilabad sakini ilansancmasından öldü

Cəlilabad sakinini ilan sancıb. Cəlilabad rayon Polis Şöbəsindən  APA TV-nin cənub bürosuna verilən məlumata görə, hadisə rayonun Moranlı kəndində qeydə alınıb. Kənd sakini Sübhan Abbasov ilan sancması ilə xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. Daha bir anoloji hadisə Gəncədə baş verib. Səhər həyətyanı sahəsinə işləməyə çıxan 1958 -ci il təvəllüdlü  Andrey Omelyankonu da ilan sancıb. Ailə üzvləri onu dərhal xəstaxanaya catdırıb.

 

"Pasientin dediyinə görə, onu həyətdə işləyərkən ilan vurub. Peyvənd vuruldu. İntensiv müalicə tədbirlərini davam etdiririk". 

 

Qeyd  edək  kl , havalar isinəndən bu, sayca 5-ci ilan vurma faktıdır.   

Müəllif | Apa.Tv
Azər Məmmədli